Suriya və İraqla bağlı son durum

Suriyada mühasirə altındakı 4 qəsəbədən əksəriyyəti yaralı olan 500 nəfər Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında azad edilir.

475388
Suriya və İraqla bağlı son durum

Suriyada mühasirə altındakı 4 qəsəbədən əksəriyyəti yaralı olan 500 nəfər Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında azad edilir.

Adıçəkilən qəsəbələrdən ikisi müxaliflərin, ikisi də rejimin nəzarəti altındadır.

Keçən il onlarla insanın aclıqdan öldüyü Də​mə​şq yaxınlığındakı Madaya qəsəbəsində yaralıların və təcili yardıma ehtiyacı olanların azad edilməsi məqsədilə BMT 7 avtobus təsis etmişdi.

Madaya və Zabadanidə rejim tərəfindən mühasirə altında saxlanılan 250 nəfər evakuasiya edilib.

İdlibdə müxaliflərin mühasirədə saxladığı Fuaa və Kefraya qəsəbələrində də 250 nəfər azad olunub. Rejim tərəfdarı qəsəbələrdən azad edilənlər Lazkiyeyə, müxaliflərin əlindəki ərazilərdən azad olunanlar isə İdlibə aparılır.

Birləşmiş Millətlər Təşkilatı bu qəsəbələrə bərabər miqdarda yardım vəsaitləri də aparır.

Suriyada mühasirə altında qalan ərazilərdə 4 milyon insanın həyat mübarizəsi verdiyi bildirilir.

Hələbin cənubunda qarşıdurmalar daha da gərginləşir. Rejim atəşkəsə baxmayaraq müxaliflərin mövqelərinə hava hücumlarını davam etdirir.

İraqda isə Amerika Birləşmiş Ştatları Mosulun terror təşkilatı DEAŞ-ın əlindən geri alınması üçün dəstəyini artırır. Pentaqon Mosulun cənubundakı DEAŞ silah anbarının vurulması üçün B-52 bombardman təyyarəsini bölgəyə göndərdiyini açıqlayıb.

Digər tərəfdən, İngiltərə İcmalar Palatası terror təşkilatı DEAŞ-ın İraq və Suriyada həyata keçirdiklərinin soyqırım olaraq tanınmasını nəzərdə tutan məcburi qüvvəsi olmayan bir qərarı qəbul edib.

Hökumət səlahiyyətliləri isə bu mövzuda qərar verəcək orqanın məhkəmə olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr