Aİ nümayəndəsindən Suriya açıqlamaları

BMT-yə hələ də Derayya və Duma da daxil olmaqla bir çox bölgələri ziyarət icazəsi verilməyib.

471308
Aİ nümayəndəsindən Suriya açıqlamaları

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogerini Suriya rejiminin Hələb yaxınlığında və Də​mə​şqin şərqində həyata keçirdiyi yeni hücumlarla bağlı narahatlıq duyduqlarını bildirib.

Mogerini Suriyadakı vəziyyətlə bağlı verdiyi açıqlamada Suriyada sülhün təmin olunması üçün Cenevrədə danışıqların yenidən başlamasını mühüm addım hesab edərək hər iki tərəfdən məsuliyyətlərini yerinə yetirmələrini istəyib.

Suriyada 6 həftədir atəşkəsin qüvvədə olduğunu xatırladan Mogherini humanitar yardım əməkdaşlarının bölgəyə girişinə, yardım və tibbi dəstək göstərmələrinə icazə verilməsinin lazım olduğunu da qeyd edib.

Mogerini 18 bölgənin 15-nin Suriya rejimi və müttəfiqlərinin mühasirəsi altında olduğunu, BMT-yə hələ də Derayya və Duma da daxil olmaqla bir çox bölgələri ziyarət icazəsi verilmədiyini xatırladıb.



Әlaqәli Xәbәrlәr