“Suriyada seçki iki şəhərdə keçirildi”, Ә. Vezir

Suriya Türkləri Dərnəyinin Baş katibi Əhməd Vəzir xalqının yarısından çoxu ölkə xaricində olan Suriyada seçkinin iki şəhərdə keçirildiyini bildirib.

470401
“Suriyada seçki iki şəhərdə keçirildi”, Ә. Vezir

Suriya Türkləri Dərnəyinin Baş katibi Əhməd Vəzir xalqının yarısından çoxu ölkə xaricində olan Suriyada seçkinin iki şəhərdə keçirildiyini bildirib.

Vəzir deyib ki, Әsǝd hər kəsin gözünə baxa baxa bütün dünya ilǝ mǝzǝlǝnir. Ölkənin 80 faizi müharibə şəraitindədir. Belǝ bir şǝraitdǝ seçki sözünü işlətmək belə çox gülməlidir. Normal bir ölkədə seçki olanda o ölkənin vətəndaşları harada olursa olsun ses verir. Bir halda ki, seçki keçirirlər, o zaman Türkiyə, İordaniya, Livan və bir çox ölkədəki suriyalıların də səs verməsi lazım deyilmi? Ölkənin yalnız iki şəhərində bütün Suriya üçün seçki keçirilir.

Seçkini "teatr tamaşası" kimi səciyyələndirən Vəzir ǝldǝ edilǝcǝk nəticəni heç kǝsin qəbul etməməsinin lazım olduğunu, heç bir hüquqa əsaslanmadığını söyləyib.

Bu arada Suriyada rejimin nəzarətində olan bölgələrdə ümumi seçkilər keçirilir.

Vətəndaşlar isə sıx təhlükəsizlik tədbirləri altında sǝs vermǝyǝ gedir.

7 mindən çox seçki mǝntǝqǝsinin yaradıldığı Suriyada səs vermə prosesi yerli saat ilə 07.00-da başlayıb.

Dövlət başçısı Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd səslərini paytaxt Dəməşqdə bir kitabxanada veriblǝr.

Seçkilərdə 3 min 500 namizəd 250 yerlik parlamentdə yer almaq üçün mübarizə aparırlar.

Nəticələrin isə aprelin 14-dǝ (sabah) açıqlanacağı gözlənilir.

Qərb dövlətləri seçkilərin həmin gün Cenevrədə başlayan sülh danışıqlarına zərər verə bilǝyǝcǝyini bildirdikdǝ Dəməşq rəhbərliyi isə, 4 ildən bir keçirilən seçkilərin qanuni və sülh danışıqlarından ayrı olduğunu ifadə edir.



Әlaqәli Xәbәrlәr