İran xǝbǝri tǝkzib etdi

İran Rusiya ilǝ qǝbul edilǝn müqavilǝyǝ ǝsasǝn S-300 hava müdafiǝ sistemlǝrinin ilk hissǝsinin ölkǝyǝ çatdığı barǝdǝki xǝbǝrlǝri tǝkzib edib.

468921
İran xǝbǝri tǝkzib etdi

İran Rusiya ilǝ qǝbul edilǝn müqavilǝyǝ ǝsasǝn S-300 hava müdafiǝ sistemlǝrinin ilk hissǝsinin ölkǝyǝ çatdığı barǝdǝki xǝbǝrlǝri tǝkzib edib.

Xarici İşlǝr Nazirliyi sözçüsü Hüseyn Cabiri Әnsari yazılı açıqlama yayaraq bildirib ki, S-300 hava müdafiǝ sistemlǝrinǝ aid ilk partiyanın İrana gǝldiyi barǝdǝki iddialar hǝqiqǝti ǝks etdirmir.

Әnsari paytaxt Tehrandakı Xarici İşlǝr Nazirliyi binasında tǝşkil etdiyi mǝtbuat konfransında iki ölkǝ arasında daha ǝvvǝl qǝbul ǝdilmiş müqavilǝnin qüvvǝyǝ minmǝsi üçün yeni saziş bağlandığını, bu sazişin ilk mǝrhǝlǝsinin qüvvǝyǝ mindiyi ifadǝlǝrini dilǝ gǝtirmişdi.

İran dövlǝt telekanalı İRİNN Әnsarinin açıqlamalarını, “Rus istǝhsalı S-300 hava müdafiǝ sistemlǝrinǝ aid ilk hissǝlǝr İrana daxil oldu sözlǝrilǝ çatdırmışdı.

Qeyd edǝk ki, tǝyyarǝlǝrǝ vǝ ballistik raketlǝrǝ qarşı tǝsirli olan uzun mǝnzilli S-300 müdafiǝ sistemlǝri köhnǝ rus texnologiyası ilǝ istehsal edilmǝsinǝ baxmayaraq hǝlǝ dǝ dünyanın tǝsirli hava müdafiǝ sistǝmlǝrindǝn biri kimi xarakterizǝ edilir.



Әlaqәli Xәbәrlәr