Dünyanın ən böyük dəniz manevri start alıb
Dünyanın ən böyük dəniz manevri, Amerika donanmasının liderliyində Bəhreyn sahillərində keçirilir.

Hǝrbi tǝlimǝ, 6 qitədən 30 ölkənin donanması qatılıb.
Qismən Körfəz bölgəsində keçirilǝcǝk manevrdə, DAEŞ və Əl-Qaidə kimi terror qruplaşmalarının hücumlarına qarşı beynəlxalq ticarət yollarının təhlükəsizliyinin tǝmin edilmǝsi ilǝ bağlı hərbi əməkdaşlıq imkanları nəzərdən keçirilir.
Manevrdə, donanmaları, xüsusilə ticarət gəmilərini hədəf alan terror hücumlarına qarşı daha təsirli müdaxilə etmǝnin yolları araştırılır. Axtarma -xilasetmə və mina təmizləmə işlǝriylǝ bağlı əməliyyatlar həyata keçirilir.
hərbi sǝlahiyyǝtlilǝr, Süveyş Kanalı, Babülmǝndǝb və Hörmüz boğazlarının manevr bölgəsində yerlǝşdiyinǝ diqqǝti çǝkǝrǝk, dəniz qüvvələrinin tǝlimi üçün ən yaxşı sahənin seçildiyini qeyd edirlǝr.
Әlaqәli Xәbәrlәr

Zelenski Putini görüşə dəvət edib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini Donbasda görüşə dəvət edib.