Türkiyǝ-İran arasında ticarǝt ǝmǝkdaşlığı güclǝndirilir

İnkişaf naziri Cevdet Yılmaz, Türkiyə-İran sərhədində ortaq ticarət mǝrkǝzinin açılacağını bildirib.

468069
Türkiyǝ-İran  arasında ticarǝt  ǝmǝkdaşlığı güclǝndirilir

Türkiyə-İran Birgǝ İqtisadi Komissiya növbǝti yığıncağı İnkişaf naziri Cevdet Yılmaz vǝ İran Telekommunikasiya və İnformasiya Texnologiyaları naziri Mahmoud Vaizinin başçılığında Konya şǝhǝrindǝ keçirilib.

Nazir Yılmaz, Türkiyə-İran güzəştli ticarət müqaviləsiylǝ məhsul sayının artacağını, iki ölkǝ sərhədində ortaq ticarət nöqtəsinin açılacağını, milli pullarla ticarətin artırılması üçün lazımlı səyin göstəriləcəyini, Birja İstanbul ilǝ Tehran birjası arasında ortaq əlaqələrin inkişaf etdirilməsi üçün addımların atılacağını qeyd etdi.

Yığıncağın sonunda, Birgǝ İqtisadiyyat Komissiyası və bankçılıq mövzusunda protokollar imzalayan iki nazir, Konyada yeyinti yağ fabrikini və Türkiyənin ilk TÜBİTAK dəstəkli Elm Mərkəzini gǝzib. Həzrəti Mövlananın türbəsini ziyarət edən nazirlər dua etdikdən sonra, səma nümayişi izlǝyib.



Әlaqәli Xәbәrlәr