John Kerry-nin Əfqanıstana sǝfǝrindǝn sonra paytaxt Kabildə partlayışlar baş verib.

Partlayışlar, John Kerry və onu müşayiǝt edǝn heyǝt ölkədən ayrıldıqdan dǝrhal sonra baş verib.

467970
John Kerry-nin Əfqanıstana sǝfǝrindǝn sonra paytaxt Kabildə partlayışlar baş verib.

Polisin mǝlumatına görǝ insan tǝlǝfatının olmadığı partlayışlardan birinǝ, bir məktəbin yaxınında yerlǝşdirilmiş raket səbəb olub.

Partlayışlar, John Kerry və onu müşayiǝt edǝn heyǝt ölkədən ayrıldıqdan dǝrhal sonra baş verib.

Qeyd edǝk ki, Taliban ilə Əfqan hökuməti arasındakı sülh danışıqlarının yenidən başlaması və Milli Birlik hökumətinə dəstək mǝqsǝdiylǝ Əfqanıstanı ziyarǝt edǝn ABŞ dövlǝt katibi Kerry, sǝfǝri çǝrçivǝsindǝ Dövlət Başçısı Əşref Qani və İcra Heyətinin Başçısı Abdullah Abdullah ilə bir araya gǝlib.

Qani ilə birgə mətbuat konfransı təşkil edən Kerry, Əfqanıstanda milli birlik hökumətinin 5 il vəzifə icra edǝcǝyini ölkəsinin Əfqan ordusuna dəstək verməkdǝ davam edǝcǝyini vurğulayıb.

Dövlət Başçı Qani isə, ABŞ-na minnǝtdarlığını bildirǝrǝk ölkədəki korrupsiyaya qarşı ciddi mübarizə edəcəyini qeyd edib.


Etiketlәr: #ABŞ , #John Kerry , #Kabil

Әlaqәli Xәbәrlәr