Dağlıq Qarabağ problemində ümidverici addım

Azərbaycan və Ermənistan arasında son günlər baş verən qarşıdurmaların yaşandığı ərəfədə sülhün təmin edilməsinə ümidləri artırıb.

467181
Dağlıq Qarabağ problemində ümidverici addım

Rusiyanın paytaxtı Moskvada təşkil edilən Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Edvard Nalbandyan bir araya gələrək səmimi görüşüblər. Bu görüş Azərbaycan və Ermənistan arasında son günlər baş verən qarşıdurmaların yaşandığı ərəfədə sülhün təmin edilməsinə ümidləri artırıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan çərşənbə axşamı günü Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan etmişdi. Lakin Azərbaycan erməni birləşmələri atəşkəsi pozduğu üçün qarşı tərəfin hücumlarına qarşılıq vermişdi.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamalara görə qarşıdurmalarda 31 Azərbaycan əsgəri şəhid olub, 240 erməni hərbçisi ölüb.

Məlumatda bildirilib ki, tərəflər yerli saatla 15.00-dən etibarən atəşkəsin yenidən təmin edilməsi məsələsində razılığa gəliblər. Açıqlamada ATƏT-in Bakı ofisi və Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə saat 15.00 - 20.00 radələrində döyüş bölgəsində qalan hər iki tərəfə məxsus əsgərlərin meyidlərinin alınacağı bildirilib.

Bu arada Azərbaycan ordusu Talış kəndi ətrafındakı ən yüksək təpəyə 24 il sonra yenidən Azərbaycan bayrağını asıblar.



Әlaqәli Xәbәrlәr