Azərbaycan-Ermənistan təmas xəttində baş verən son qarşıdurmalarda 70-ə yaxın erməni əsgəri ölüb

Aprelin 4-də axşam saatlarında Ermə​nistanın müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib.

464947
Azərbaycan-Ermənistan təmas xəttində baş verən son qarşıdurmalarda 70-ə yaxın erməni əsgəri ölüb

Cəbhə xəttinin Xocavə​nd-Füzuli və​ Ağdə​rə​-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Azə​rbaycan Müdafiə​ Nazirliyinin məlumatında bildirilir ki, bu istiqamətdə Ermə​nistanın iri hərbi bazalarından biri sayılan, Ağdə​rə​ şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Aprelin 4-də axşam saatlarında Ermə​nistanın müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib. Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.

Açıqlamada Azə​rbaycan ordusunun son iki gündə​ 16 şə​hid verdiyi də​ qeyd edilib.

Müdafiə​ Nazirliyi tə​mas xə​ttində​ cə​bhə​də​ qazanılan üstünlüyün qorunmasına yönə​ldilmiş tə​dbirlə​rin də​ görüldüyünü vurğulayıb.



Әlaqәli Xәbәrlәr