Əsəd rejimindən Suriyanın tarixi Palmira şəhərinə hücum

Şəhər ətrafında rejim qüvvələri və DAEŞ arasında şiddətli qarşıdurma baş verib.

457897
Əsəd rejimindən Suriyanın tarixi Palmira şəhərinə hücum

Şəhər ətrafında rejim qüvvələri və DAEŞ arasında şiddətli qarşıdurma baş verib.

Rusiya xüsusi təyinatlılarının zabiti Palmiranın TADMORE yaşayış məntəqəsi yaxınındakı əməliyyat zamanı, DAEŞ terrorçuları tərəfindən öldürülüb.

Qeyd edək ki, hərbiçilər vurulacaq hədəflərin koordinatlarını Rusiyanın döyüş təyyarələrinə vermək üçün bir həftədir Palmira bölgəsində əməliyyat aparırlar.

Rusiya döyüş təyyarələrinin dəstək verdiyi rejim güvvələri bir neçə gün əvvəl bölgədə irəliləyərək strateji bölgələri ələ keçirmişdi.

Bu səbəbdən terror təşkilatı Palmiraya əlavə güc göndərib.

Nəzərinizə çatdıraq ki, qǝdim Palmira şəhəri keçən il may ayından DAEŞ terror təşkilatının nəzarəti altındadır və "Çölün İncisi" olaraq tanınan antik şəhərə terrorçular böyük ziyan vurub.

UNESCO 1980-ci ildə Palmiranı Dünya İrsi siyahısına salıb.



Әlaqәli Xәbәrlәr