ABŞ İraqın şimalında dǝniz piyadaları yerlǝşdirib

Dǝniz piyadaları amerikalı müşavirlǝrin olduğu İraq ordusuna mǝxsus bazanın qorunmasında vǝzifǝ öhdǝnǝlǝcǝk.

455510
ABŞ İraqın şimalında dǝniz piyadaları yerlǝşdirib

Dǝniz piyadaları amerikalı müşavirlǝrin olduğu İraq ordusuna mǝxsus bazanın qorunmasında vǝzifǝ öhdǝnǝlǝcǝk.

ABŞ Müdafiǝ Nazirliyinin açıqlamasında ǝsgǝrlǝrin DEAŞ-ın hücumlarına mǝruz qalan Mahmurdakı bazada fǝaliyyǝt göstǝrǝcǝyi bildirilib.

Hǝrbi nümayǝndǝ Steve Varren bazada yerlǝşdirilǝn ǝsgǝr sayı haqqında mǝlumat vermǝyib.

Adı açıqlanmayan amerikalı sǝlahiyyǝtlilǝr ǝsgǝrlǝrin sayının 100-200 arasında olduğunu bildiriblǝr.

Qeyd edǝk ki, terror tǝşkilatı DEAŞ-ın Mahmur düşǝrgǝsinǝ istiqamǝtli srağa gün hǝyata keçirilǝn hücumda amerikalı bir ǝsgǝr hǝlak olmuşdu.



Әlaqәli Xәbәrlәr