“Bǝzi qruplar sistemli şǝkildǝ atǝşkǝs qǝrarını pozur”, S.Rudskov

Rudskov atǝşkǝs qǝrarını sistemli şǝkildǝ pozduğu barǝdǝ dǝqiq dǝlillǝr olan qruplara qarşı hǝrbi gücdǝn istifadǝ edilǝcǝyini bildirib.

455281
“Bǝzi qruplar sistemli şǝkildǝ atǝşkǝs qǝrarını pozur”, S.Rudskov

Rusiya Suriyada qısmi vǝ müvǝqqǝti atǝşkǝs xüsusiyyǝti daşıyan toqquşmalara son qoyulması razılaşmasına ǝmǝl etmǝyǝn qruplara qarşı hava hücumlarına başlaya bilǝcǝklǝrini açıqlayıb.

Rusiya Baş Qǝrargah Rǝisliyi Әsas Әmǝliyyat İdarǝsinin sǝdri Sergey Rudskov Moskvada verdiyi açıqlamada Rusiyanın diplomatik vǝ hǝrbi vasitǝlǝrlǝ ABŞ-na Suriyada atǝşkǝsǝ nǝzarǝt edilmǝsi barǝdǝ plan çatdırdığını söylǝyib.

Rudskoy rǝsmi Vaşinqtonun isǝ martın 18-dǝ bu planı dǝyǝrlǝndirmǝyǝ hazır olduğu barǝdǝ tǝklif ortaya qoyduğunu bildirib.

Bǝzi qrupların sistemli olaraq atǝşkǝs qǝrarını pozduğunu irǝli sürǝn Rudskoy ABŞ hǝmin tǝklifǝ cavab vermǝyǝcǝyi tǝqdirdǝ Rusiyanın martın 22-dǝn sonra tǝklif etdiklǝri planda nǝzǝrdǝ tutulan maddǝlǝri bir tǝrǝfli olaraq tǝtbiq etmǝyǝ başlayacağını ifadǝ edib.

O deyib ki, atǝşkǝs qǝrarını sistemli şǝkildǝ pozduğu barǝdǝ dǝqiq dǝlillǝr olan qruplara qarşı hǝrbi gücdǝn istifadǝ edilǝcǝk.



Әlaqәli Xәbәrlәr