Türkiyǝ mǝzlumlara dünyanın fǝrqli ölkǝlǝrindǝn 20 dǝfǝ daha çox yardım edib

Suriyada vǝtǝndaş müharibǝsi 6-ci ilinǝ daxil olarkǝn Türkiyə, Suriyalıların yaralarının bağlanması və yenidǝn hǝyatlarını davam etdirǝ bilmǝlǝri üçün BMT standartlarıyla uyğunluq göstǝrǝn 9,3 milyard dollarlıq yardım edib. Beynəlxalq cəmiyyət bu yardımı

452548
Türkiyǝ mǝzlumlara dünyanın fǝrqli ölkǝlǝrindǝn 20 dǝfǝ daha çox yardım edib

Fövqǝladǝ hallar idarǝsi Rəhbərliyi, Suriyalı qaçqınlar yerlǝşdirilǝn 26 düşǝrgǝdǝ, bir şəhərdə zǝrurǝt olan bütün fiziki, ictimai və psixoloji imkanları təmin edir.

Fövqǝladǝ hallar idarǝsi Rəhbərliyinin qurduğu düşǝrgǝlǝrdǝ indiyə qədər 80 min uşaq tǝhsil imkanı ilǝ tǝmin edilib. Səhiyyə Nazirliyi isə Suriyalılara pulsuz xidmǝt çatdırır. 152 min Suriyalı körpə isǝ Türkiyə ǝrazilǝrindǝ dünyaya gǝlib.

Müvəqqəti sığınacaq mərkəzlərində minlərlə insana verilən xidmətlər, Türk mühəndislərinin inkişaf etdirdiklǝri Fövqǝladǝ Hallar Müvəqqəti Şəhər İdarəetmə proqramıyla koordinasiya edilir.

Digǝr tǝrǝfdǝn Türkiyənin humanitar yardım sahəsində gördüyü işlǝr meyvǝsini vermǝyǝ başladı. 23-24 May tarixlərində BMT tǝrǝfindǝn bu il ilk dǝfǝ tǝşkil edilǝcǝk Dünya Humanitar Zirvə Toplantısına İstanbul ev sahibliyi edǝcǝk.

Sammitdə, beynəlxalq yardım ǝmǝkdaşlığı, daimi olacaq beynəlxalq yardım rejiminin formalaşdırılması, qaçqınların maariflǝndirilmǝsi kimi mövzular müzakirǝ edilǝcǝk.



Әlaqәli Xәbәrlәr