Müşərrəfə tətbiq olunan xarici ölkəyə çıxış qadağası lǝğv edilib

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf haqqında tətbiq olunan ölkǝnin xaricinə çıxış qadağası lǝğv edilib.

452112
Müşərrəfə tətbiq olunan xarici ölkəyə çıxış qadağası lǝğv edilib

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf haqqında tətbiq olunan ölkǝnin xaricinə çıxış qadağası lǝğv edilib.

Müşərrəfin vəkili Faruk Nasim, 2013-ci ildən bu yana tətbiq olunan ölkǝdǝn çıxış qadağasının Ali Məhkəmənin verdiyi qərarla ortadan qaldırıldığını açıqlayıb.

Nasim Müşǝrrǝfin uzun zamandır xəstə olduğunu və müalicə üçün xaricə getməsinin zǝruri olduğunu açıqlayıb.

Qeyd edǝk ki, general Pərviz Müşərrəf, 1999-ci ildə Baş nazir Navaz Şərifə qarşı çevriliş edərək hakimiyyəti ələ keçirib 2008-ci ilǝ qədər ölkəni tək başına idarə etmişdi.

Pǝrviz Müşərrəf, 2013-cü ildə seçkilərə qatılmaq üçün ölkəsinə dönmüşdü.

Daha sonra, 2007-ci ildə fövqəladə vǝziyyǝt elan olunduğu zaman onun haqqında konstitusiyanın 6-cı maddəsini pozduğu səbəbi ilǝ vətənə xəyanət ittihamı ilə iddia qaldırılmışdı.

Qeyd edǝk ki, Pərviz Müşərrəf daha əvvəl vətənə xəyanət, keçmiş baş nazir Bǝnǝzir Buhutto və Bəlucistan Əyalətinin qubernatoru Navab Əkbər Bugtinin öldürülməsi ilǝ bağlı qaldırılan işdǝ pul cəzası müqabilindǝ sərbəst buraxılıb.



Әlaqәli Xәbәrlәr