McGurk: “DEAŞ ilə mübarizədə çox böyük irəliləyiş olub”

Barak Obamanın xüsusi nümayəndəsi Brett McGurk, terror təşkilatı DEAŞ ilə mübarizədə çox böyük irəliləyişin olduğunu ancaq bir çox addımın atılacağını bildirib.

451963
McGurk: “DEAŞ ilə mübarizədə çox böyük irəliləyiş olub”

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın xüsusi nümayəndəsi Brett McGurk, terror təşkilatı DEAŞ ilə mübarizə mövzusunda əvvəlki illə müqayisədə çox böyük irəliləyişin olduğunu, ancaq bir çox addımın atılacağını bildirib.

İraqın Süleymaniyyǝ şəhərində Amerika Universiteti tərəfindən təşkil edilən "Beynəlxalq 4-cü Süleymaniyyə Forumu" da danışan McGurk, terrorla mübarizə mövzusunda irəliləliyiş və döyüş strategiyası mövzusunda açıqlama verib.

"İraqda əvvəl təşkilatın əlində olan bölgələrin yüzdə 40-ı Suriya sərhədindǝ isə bir neçə bölgə geri alınıb. Bunların içərisində Şedadiye qəsəbəsi və digər bölgələrin adını saya bilərəm. Azad olan ǝrazilǝrin çox əhəmiyyətli olduğuna inanıram" deyə bildirib.

Brett McGurk, DEAŞ'ın bir çox səlahiyyətlilǝrinin xüsusi əməliyyat keçirǝrǝk zǝrǝrsizlǝşdirdiklǝrini dǝ bildirib.

"Terror təşkilatı DEAŞ-a qarşı strateji müttǝfiqlǝrimiz içərisində iştirak edən İraqdakı təhlükəsizlik qüvvələrinin apardıqları mübarizǝ çox önǝmlidir. Xüsusilə ölkənin şimalında Peşmerge qüvvǝlǝri bu uğurda çox rol oynayıb. Azad olan bölgələrdǝ sabitlik və təhlükəsizliyinin təmin edilməsi üçün Peşmǝrgǝnin olması çox əhəmiyyətlidir. Mosul başda olmaqla digər bölgələrin geri alınmasında yenə Peşmǝrgǝ güvvǝlǝrindǝn istifadǝ edilǝcǝk. "

Hal-hazırda hökumətin evlərini tərk edən sakinlǝrin geri dönməsi üçün çalışdığını deyǝn McGurk, bunun çox uzun zaman aparacağını deyib.

Xüsusi nümayəndə, bir ildə xalqın təxminən yüzdə 50'sinin evinə qayıtdığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr