Suriyada adı atəşkəs, özü müharibə hökm sürür

Hücumu reallaşdıran döyüş təyyarələrinin rejim güclərinə, yoxsa Rusiyaya aid olduğu araşdırılır

447325
Suriyada adı atəşkəs, özü müharibə hökm sürür

Suriyada atəşkəsin ǝldǝ edilmǝsinǝ baxmayaraq dinç sakinlǝrin öldürülmǝsi davam edir.

Ölkənin şimal-qərbindəki bazara atılan mǝrminin partlaması sǝbǝbindǝn arasında uşaqların da olduğu 19 nǝfǝr həyatını itirib.

Hücumu reallaşdıran döyüş təyyarələrinin rejim güclərinə, yoxsa Rusiyaya aid olduğu araşdırılır.

Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilǝ xəstəxanaya çatdırılıb.

Həftənin ǝvvǝlindǝ dǝ orduya aid döyüş təyyarələrinin İdlib şəhərindǝ Əbu Zuhur bölgǝsinǝ yanacaq bazasına təşkil edilǝn hava hücumu nəticəsində 15 nǝfǝr həyatını itirmiş, 40 nǝfǝr yaralanmışdı.

Suriyada 27 fevraldan tətbiqə edilǝn, qismən və müvəqqəti xarakterli atəşkəs razılaşmasına baxmayaraq, Əsəd rejimi İdlib, Hələb, Dera, Lazkiyənin Bayırbucak bölgəsi və paytaxt Dəməşqdə müxaliflətǝ aid bölgələri bombalamaqda davam edir.



Әlaqәli Xәbәrlәr