İslam Əməkdaşlıq Təşkilatının zirvǝ toplantısı Cakartada keçirilir
Fələstin Dövlət Başçısı Mahmud Abbasın dǝvǝtinǝ görǝ tǝşkilata üzv ölkələrin dövlət və hökumət başçıları bir araya gəlib.

Yığıncaq ev sahibi ölkə prezidenti Joko Widodo, Fələstin Dövlət Başçısı Mahmud Abbas vǝ baş katib İyad Mədəni tǝrǝfindǝn açıq elan edilib.
İsrailin son dövrdə artan pozuntularının gündǝmǝ salınan zirvədǝ 50 ölkə ilə beynəlxalq təşkilatlardan 600-ǝ qǝdǝr nümayəndə iştirak edir.
Zirvə toplantısı ilǝ iki dövlətli həll yoluna zǝmin yaradacaq Beynəlxalq Sülh Konfransına dəstək veriləcək.
Fələstin dövlətini beynəlxalq təşkilatlarda müdafiə edǝcǝk hüquq mütəxəssisləri heyǝti və "Qüds İslam Vəqfi" yaradılaraq Qüds Fonduna dǝstǝyin artırılması planlaşdırılır.
Zirvə toplantısında "Fələstin və Qüds Şehri haqqında Cakarta Bəyannaməsi" qəbul ediləcək.
Yığıncaqda Türkiyǝni tǝmsil edǝn Baş nazir Köməkçisi Kurtulmuş, İndoneziyaya sǝfǝri çǝrçivǝsindǝ ǝhǝmiyyǝtli görüşlǝr keçirir.
İran xarici işlər naziri Cavad Zərif ilə bir araya gələn Numan Kurtulmuş, Fələstin Dövlət Başçısı Mahmud Abbasın da aralarında olduğu bir çox liderlə görüşəcək.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şəhərinə 86 yük maşını ilə humanitar yardım göndərdi.