ABŞ Suriyada yeni baza tikir

Bazanın nə üçün istifadə olunacağı bilinmir.

446152
ABŞ Suriyada yeni baza tikir

ABŞ PKK-nın Suriyadakı davamı olan PYD-nin nəzarətindəki Rümeylandan sonra Ayn ǝl-Әrǝbin cənubunda da hərbi hava bazası tikəcəyini bildirib.

35 hektarlıq əraziyə tikiləcək hərbi hava bazası Ayn ǝl-Әrǝb və Fərat çayı arasında yerləşir və bu ərazi strateji əhəmiyyət daşıyır.

Bazanın nə üçün istifadə olunacağı bilinmir.

Terror təşkilatı DAEŞ-ə qarşı əməliyyatlarda Türkiyənin İncirlik bazasından istifadə edən Amerika, Hasekenin Şimal şərqindəki Rümeylan qəsəbəsində oktyabr ayında buna oxşar 3 baza tikmişdi.

Rümeylan bazası hələlik sadəcə helikopter enişləri üçün əlverişlidir.

Amerika Harap Elcir qəsəbəsində təyyərələrin enişi üçün uyğun meydança tikir. Meydançaların olduğu ərazinin ətrafı hasarlar hörülərək giriş və çıxışlar nəzarət altında saxlanılır.

Barak Obamanın DAEŞ ilə mübarizədə xüsusi təmsilçisi Brett McGurk yanvar ayının sonunda Ayn ǝl-Әrǝbǝ gələrək ərazidəki son vəziyyətlə tanış olmuşdu.

Yerli media xəbər verir ki, ötən aylarda 300 Amerika əsgəri İraqdan Suriyaya gələrək, Rümeylan və Hasekenin cənubu eləcə də ǝl-Әrǝbǝ keçib.



Әlaqәli Xәbәrlәr