“Raduş Şimal” hǝrbi tǝlimlǝrǝ start verilib

Raduş Şimal adıyla təşkil edilǝn hǝrbi manevr Səudiyyə Ərəbistanının başçılığında keçirilir. Hǝrbi tǝlimǝ 20 ölkə iştirak edir.

440719
“Raduş Şimal” hǝrbi tǝlimlǝrǝ start verilib

Səudiyyə Ərəbistanı Xəbər Agentliyi SPA-nın mǝlumatına görǝ manevr, çox sayda ölkǝnin qatılması və keçirildiyi ǝrazinin geniş olması baxımından, ən geniş dairǝli hǝrbi tǝlimlǝrdǝn biri qǝbul edilir. Raduş Şimal hǝrbi tǝlimǝ qatılan qüvvǝlǝr, mülki silahlılar və terror qruplarına qarşı mübarizǝ qaydalarını öyrǝnǝcǝklǝr.

"Region tarixində həyata keçirilən ən böyük hərbi manevr" olaraq xarakterizə edilən və 3 həftə davam edəcək olan hǝrbi tǝlimǝ Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Bəhreyn, Seneqal, Sudan, Küveyt, Maldiv, Mərakeş, Pakistan, Çad, Tunis, Komor adaları , Cibuti, Oman, Qǝtǝr, Malayziya, Misir, Mavritaniya, Mavriki, Əl-Cəzirə qatılır.



Әlaqәli Xәbәrlәr