Suriyada atəşkəs rejimi fevralın 27-si gecə yarısı qüvvəyə minir

Atəşkəsə bir neçə saat qaldı.

439919
Suriyada atəşkəs rejimi fevralın 27-si gecə yarısı qüvvəyə minir

Amma Rusiyanın ölkədəki bombardımanlarını şiddətləndirdiyi barədə xəbərlər gəlir.

Aralarında Türkiyənin də olduğu Suriyaya Beynəlxalq Dəstək Qrupu atəşkəsin detallarını dəqiqləşdirmək üçün Cenevrədə danışıqlara davam edir.

Əl Nusra və DEAŞ-la yanaşı atəşkəs rejiminə daxil edilməyəcək qruplar ətrafında mübahisələr gedir.

Atəşkəs müqaviləsi bu axşam Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında səsverməyə qoyulacaq.

Bu arada, Rusiya Suriyada sülhü bərqərar etmək üçün aparılan Cenevrə danışıqlarının növbəti mərhələsinin martın 7-də olacağını açıqladı.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı son iki həftə ərzində mühasirə altındakı 17 yaşayış məntəqəsində ölümcül aclıq həddində olan 125 min insana yardım çatdırıldığını bildirdi.



Әlaqәli Xәbәrlәr