Ruslar DEAŞ-ın yerinə yaşayış yerlərini bombalayır

Erihanın Mülki Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Əbdulkərim Ahras məlumat verir.

438802
Ruslar DEAŞ-ın yerinə yaşayış yerlərini bombalayır

Rusiya döyüş təyyarələri ilə Suriyanın müxalifətin əlində olan İdlib vilayətinə bağlı Yerixo qəsəbəsində bazar yerinə hava hücumu edib, nəticədə 8 nəfər ölüb, 28-i yaralanıb.

Erihanın Mülki Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Əbdulkərim Ahras verdiyi məlumatda deyib: ''Rusiya təyyarələri İdlibdə bazar yerinı bombaladı. Hücumda vətəndaşların yaşadığı yerlərdə də böyük dağıntı meydana gəldi. Ruslar terror təşkilatı DEAŞ-ın yerinə tez-tez yaşayış yerlərini bombalayır''.

Hadisədə yaralananlar qəsəbənin xəstəxanalarına aparılıb. Bombardman zamanı dağılan evlərin altında ölən və yaralananların olub-olması araşdırılır.



Әlaqәli Xәbәrlәr