Jan Eliasson çadır şǝhǝrcikdǝ Suriyalılar ilǝ görüşüb

BMT Baş katibinin müavini Jan Eliasson, (YAN Eliasson) Qaziantəpin Nizip qǝsǝbǝsindǝki 14 min 700 Suriyalı qonağın qaldığı çadır vǝ konteyner şəhərini ziyarǝt edib

436914
Jan Eliasson çadır şǝhǝrcikdǝ Suriyalılar ilǝ görüşüb

Şəhər rəhbərliyindən brifinq alan Eliasson, daha sonra uşaqların təhsil aldığı məktəb, ictimai obyektlər və səhiyyə mǝrkǝzinǝ baş çǝkib. İki Suriyalı ailənin çadırına qonaq olaraq onlarla söhbǝt edib.

Eliasson daha sonra verdiyi açıqlamada Türkiyənin sığınmacılara çatdırılan xidmǝtlǝrin tǝqdirǝ şayan olduğunu, Türkiyədə qaçqınlara “qonaqlarımız" deyilməsindǝn isǝ çox tǝsirlǝndiyini vurğulayıb.

Türkiyənin, ən çox qaçqın qǝbul edǝn ölkǝ olduğunu ifadǝ edǝn Eliasson;

“Türkiyənin Suriyalı qaçqınlar üçün etdiklərini dünya bilir, danışır və təqdir edir. Ancaq bu döyüş sona çatmalıdır. Döyüşün hərbi həllinin olmadığını hǝr kǝs idrak etmǝlidir" deyǝ qeyd edib.



Әlaqәli Xәbәrlәr