Xarici işlǝr nazirlǝri Birgə Bəyannamə imzalayıblar

Çavuşoğlu Türkiyǝ, Azǝrbaycan vǝ Gürcüstan xarici işlǝr nazirlǝrinin üçtǝrǝfli görüşündǝ iştirak edib.

435618
Xarici işlǝr nazirlǝri Birgə Bəyannamə imzalayıblar

Çavuşoğlu Türkiyǝ, Azǝrbaycan vǝ Gürcüstan xarici işlǝr nazirlǝrinin üçtǝrǝfli görüşündǝ iştirak edib.

Mevlüt Çavuşoğlu Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşündə deyib ki, bu əməkdaşlıq nəqliyyat, enerji təhlükəsizliyi, mədəniyyət, idman, təhsil və elm kimi sahələrdə inkişafı hədəfləyir.

“Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars kimi mühüm nəqliyyat və enerji layihələrinin önəmini bir daha qeyd etdik. Qonaqpərvərlik və uğurlu təşkilatçılıq fəaliyyətinə görə Gürcüstan xarici işlər naziri Mixael Canelidzeyə təşəkkürümüzü bildiririk", - deyə o vurğulayıb.

Tbilisidə Azərbaycanın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu 5-ci üçtərəfli görüşün nəticələri ilə bağlı Birgə Bəyannamə imzalayıblar.

Üçtərəfli formatda müntəzəm görüşlərin keçirilməsindən məmnunluq ifadə ediblər və regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi naminə bölüşdükləri niyyətlərini bir daha qeyd ediblər.

Üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələri alqışladılar və strateji tərəfdaşlıq və siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirməsində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair əzmlərini bir daha qeyd ediblər.

Bəyannamədə üç ölkə arasında regional əməkdaşlığa dair layihələrin önəmi qeyd edilib. Həmçinin Azərbaycanı və Gürcüstanı narahat edən münaqişələrə münasibət əksini tapıb. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək bir daha vurğulanıb.

Qeyd edǝk ki, Çavuşoğlu srağa gün Tblisidǝ keçirdiyi ikitǝrǝfli görüşdǝn sonra Azǝrbaycana sǝfǝr etdi, Bakıda Prezident vǝ hǝmkarı ilǝ bir araya gǝldi.




Әlaqәli Xәbәrlәr