Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşü

Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat strukturlarının rəhbərlərinin iştirak etdikləri tədbirdə Türkiyǝni Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Binǝli Yıldırımın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

431508
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşü

Fevralın 12-də Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşü keçirilib.

Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat strukturlarının rəhbərlərinin iştirak etdikləri tədbirdə Türkiyǝni Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Binǝli Yıldırımın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Naziri Binǝli Yıldırım Türkiyə-Gürcüstan münasibətlərində ciddi irəliləyişlər olduğunu ancaq bunu daha irəli aparmağın vacibiliyini qeyd edib.

Nazir deyib ki, bunun üçün hǝm Gürcüstanda hǝm dǝ Türkiyədə güclü bir iradə var.

Binǝli Yıldırım iclas öncəsi Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilǝ təkbətək görüşüb.

Yıldırım mətbuata qapalı görüşdən sonra verdiyi məlumatda, Kumsişviliyle Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi məsələlərini müzakirə etdiklərini və layihənin hansı mǝrhǝlǝdǝ olduğunu qiymətləndirdiklərini deyib.

Bu münasibətlə iki ölkə arasındakı nəqliyyat məsələlərini geniş şəkildə müzakirə etdiklərini vurğulayan Binǝlı Yıldırım, Azərbaycan, Gürcüstan və Türkiyəni bir-birinə daha çox yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu il başa çatmasının gözləndiyini və beləliklə Qafqaz üzərindən əhəmiyyətli bir dəhlizin həyata keçəcəyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr