20 Yanvar faciəsinin 26-ci ildönümü Qars şǝhǝrindǝ dǝ qeyd olunub

20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar olaraq Azǝrbaycanda, Türkiyǝdǝ vǝ dünyanın müxtǝlif ölkǝlǝrindǝ anım tǝdbirlǝri keçirilir.

423953
20 Yanvar faciəsinin 26-ci ildönümü Qars şǝhǝrindǝ dǝ qeyd olunub

20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar olaraq Azǝrbaycanda, Türkiyǝdǝ vǝ dünyanın müxtǝlif ölkǝlǝrindǝ anım tǝdbirlǝri keçirilir.
Türkiyǝnin Qars şəhərindəki Azǝrbaycanın Baş Konsulluğu tərəfindən anım mərasimi tǝşkil edilib.
Azǝrbaycanda 1990-ci ildǝ yaşanan vǝ tarixdǝ “Qanlı Yanvar” olaraq yer alan 20 Yanvar qǝtliamının 26-cı ildönümü münasibǝti ilǝ Qars şǝhǝrindǝ anım tǝdbiri keçirilib.
Azǝrbaycanın Qars konsulluğu tǝrǝfindǝn keçirilǝn anım tǝdbirinǝ vali müavini Adǝm Ünal, Bǝlǝdiyyǝ sǝdri Murtǝza Karaçanta, Azǝrbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlı, Әdalǝt vǝ İnkişaf Partiyasının vilayǝt sǝdri Adǝm Çalkın ilǝ dǝvǝtlilǝr qatılıb.
Azǝrbaycan vǝ Türkiyǝ milli himnlǝrininin oxunmasından sonar çıxış edǝn baş konsul Süleymanlı 20 Yanvar faciəsinin səbəbləri və bu hadisənin Azərbaycan xalqının tarixində qızıl həriflərlə yazıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Әlindǝ silah olmayan insanların vǝhşicǝsinǝ qǝtlǝ yetirildiyini bildirǝn Süleymanlı deyib ki, insanları öldürmǝkdǝ qadağa edilmiş silahlardan, mǝrmilǝrdǝn istifadǝ etdilǝr. Nǝticǝdǝ 137 nǝfǝr hǝyatını itirdi, 800 insan hǝbs edildi, 700 insan yaralandı, 40-50 nǝfǝrdǝn indiyǝdǝk xǝbǝr alına bilmǝdi. Bu hadisǝlǝrǝ Türkiyǝ miqyasında etirazlar edildi. Qars şǝhǝrindǝ dǝ elǝcǝ.
Bu hadisǝlǝrin Sovet İttifaqının dağılmasına sürǝt qazandırdığına diqqǝt çǝkǝn Süleymanlı onu da deyib ki, 20 Yanvar hadisǝlǝrindǝn 1,5 il sonra Azǝrbaycan millǝti öz gücünü ortaya qoydu. Böyük Sovet İttifaqına qarşı etirazını göstǝrdi vǝ bundan sonra Sovet İttifaqı tǝrkibindǝki digǝr qonşu Cümhuriyyǝtlǝrdǝ dǝ buna oxşar hadisǝlǝr baş verdi.
Qars Qafqaz Universiteti Qafqaz vǝ Orat Asiya Araşdırma Mǝrkǝzinin müdiri professor Hacali Nǝrcǝfoğlu da 20 Yanvar qǝtliamı haqqında iştirakçılara mǝlumat verib.
Qars vilayǝtinin müftisi Mehmet Gencin qǝtliamda hǝyatını itirǝnlǝr üçün Quran oxumasının ardından dualar édilib.
Tǝdbirin sonunda 20 Yanvar hadisǝsilǝ ǝlaqǝli videoçarx tǝqdim olunub.


Etiketlәr: #20 Yanvar

Әlaqәli Xәbәrlәr