Dövlǝt Tǝhlükǝsizliyi vǝ Xarici Kəşfiyyat Xidmətinin yaradılması

Fərmana əsasən, hər iki qurum Azərbaycan Cümhuriyyǝti Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılır.

408719
Dövlǝt Tǝhlükǝsizliyi vǝ Xarici Kəşfiyyat Xidmətinin yaradılması

Azǝrbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Cümhuriyyǝtinin Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, hər iki qurum Azərbaycan Cümhuriyyǝti Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılır.
Sənəddə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə tapşırılıb ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər.
Nazirlər Kabinetinə isə Azərbaycan Cümhuriyyǝtinin 2015-ci il və 2016-cı il dövlət büdcələrində Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin həmin illərdə fəaliyyətinin maliyyələşməsi, hər iki qurumun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat yaradılması və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.
Qeyd edǝk ki, prezident Әliyev oktyabrın 17-dǝ Milli Tǝhlükǝsizlik naziri Eldar Mahmudovu vǝzifǝsindǝn azad etmişdi. Azǝrbaycan Baş prokurorluğu isǝ vǝzifǝlǝrindǝn sui-istifadǝ etdiklǝrinǝ görǝ bǝzi Nazirlik sǝlahiyyǝtlilǝri haqqında istintaq başlatmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr