Taliban Qəndəhar şəhərinə hücumlar təşkil edib
Terror təşkilatı Taliban Əfqanıstanın cənubundakı Qəndəhar şəhərinə hücumlar təşkil edib.
Qəndəhar hava limanı və yataqxanalara hücum edən terrorçularla əfqan əsgərləri arasında şiddətli qarşıdurmalar yaşanıb.
Əfqanıstan ordusunun rəsmiləri hava limanı ətrafında şiddətli qarşıdurmaların yaşandığını və bir əsgərin həyatını itirdiyini açıqlayıb.
Terminal binasını ələ keçirən terrorçular hava limanı yaxınlığındakı NATO və əfqan əsgərlərinə aid binalara da hücum ediblər. Yataqxanalara edilən hücum nəticəsində çox sayda ailə evlərində qapalı qalıb.
Qeyd edək ki, hava limanında da çoxlu sayda sərnişin girov götürülüb.
Taliban sözçüsü sutka ərzində Qəndəharda 150 əfqan əsgərinin öldürüldüyünü iddia edib.Əfqan rəsmiləri isə iddianı təkzib edib.
Terror təşkilatı Taliban ötən gün də Qəndəharda polis məntəqəsinə hücum etmişdi.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şəhərinə 86 yük maşını ilə humanitar yardım göndərdi.