Sərhəddən Avropaya keçmək istəyən mərakeşli həyatını itirib

Qaçqınlar sərhəddən keçmək üçün hər yoldan istifadə edir.

399875
Sərhəddən Avropaya keçmək istəyən mərakeşli həyatını itirib

Yunanıstan-Makedoniya sərhədində qaçqın problemi davam edir.
Qaçqınlar sərhəddən keçmək üçün hər yoldan istifadə edir.
Sərhədi keçmək istəyən mərakeşli qaçqın qatarın üzərinə çıxmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Makedoniyanın sadəcə suriyalı, iraqlı və ǝfqan qaçqınları qəbul etmək qərarı yüzlərlə qaçqının təqribən 10 gün iki ölkə arasında çarəsiz qalmasına səbəb olmuşdu.
Yaşanan gərginlikdən sonra keçişlərinə icazə verilməyənlər üçün də qapılar açıldı.
Digər tərəfdən Liviyadan İtaliyaya Aralıq dənizi yolu ilə qayıqlarla keçmək istəyən 984 nəfər müxtəlif əməliyyatlar zamanı xilas olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr