Əl-Xəlil şəhərində bir israillini bıçaqlayan fələstinli öldürüldü

Əl-Xəlil şəhərinin əl-Favar bölgəsində hadisə yerində fələstinli vurularaq öldürülüb

422212
Əl-Xəlil şəhərində bir israillini bıçaqlayan fələstinli öldürüldü

İsrail ordusu Qərbi Şəriyənin Əl-Xəlil şəhərində bir israillini bıçaqlayan fələstinlini öldürdü.

İsrail ordu radiosunun xəbərinə görə, Əl-Xəlil şəhərinin əl-Favar bölgəsində bir İsrailli bıçaqlı hücum nəticəsində ağır yaralanıb. Hadisə yerində  fələstinli vurularaq öldürülüb .

Hadisəylə bağlı Fələstin Səhiyyə Nazirliyindən hələ bir açıqlama  şərh edilmədi. 

Yəhudi mühacirlərinin fələstinlilərə hücumları və Məscidi-Əqsaya istiqamətli basqınlarıyla bölgədə  gərginlik gedərək artır.  Oktyabr ayından  bu yana 90-dan çox fələstinli öldürülüb.

Fələstin Əsirlər Cəmiyyəti Başçısı Kadura Faris  etdiyi şərhdə, İsrail əsgərlərinin oktyabr ayının əvvəlindən bu yana ən az 1500 fələstinlini nəzarət altına aldıqlarını  ifadə etdi.

Faris  nəzarət əməliyyatlarının ən çox El-Xəlil, Qüds və Ramallahda reallaşdığını ifadə etdi.

İsrail ordusunun  yazılı məlumatına görə ,əsgərlərin gecə saatlarında apardıqları  əməliyyatlar Qərbi Şəriyədə "axtarıldığı" göstərilən 24 fələstinlini nǝzarǝtǝ  almalarıdır. 

 

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr