Suriyanın paytaxtı yaxınlığında 15 günlük atəşkəs elan edildi

Vyanada qəbul edilən Suriya böhranının həllinə dair yeni plandan sonra ölkədə ilk dəfə atəşkəs elan olunub.

367225
Suriyanın paytaxtı yaxınlığında 15 günlük atəşkəs elan edildi

  Paytaxt Dəməşqin Şərqi Quta bölgəsində müxalifətlə rejim gücləri arasında 15 günlük atəşkəs bu gün səhərdən qüvvəyə minib. Bu müddətdə bölgəyə humanitar yardımların çatdırılması planlaşdırılır.

  3 ildir iqtidar-müxalifət savaşının getdiyi Şərq Qutada atəşkəsə əməl edilərsə, onun digər qarşıdurma sahələrində da tətbiq olunması üçün cəhdlər başlanacaq.

  Suriya İnsan Haqqları Müşahidə Qrupu sınaq müddətindən keçildiyi, bundan sonra atəşkəsin uzadılmasıyla bağlı müzakirələrin aparıla biləcəyini nəzərə çatdırıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr