Həsən Ruhani Avropaya səfər edəcək

İran prezidenti Həsən Ruhani noyabrın 14-17-də İtaliya, Vatikan və Fransaya səfər edəcək.

416579
Həsən Ruhani Avropaya səfər edəcək

İran prezidenti Həsən Ruhani noyabrın 14-17-də İtaliya, Vatikan və Fransaya səfər edəcək.
İRNA xəbər agentliyinin məlumatına görə, iran prezidenti səfəri çərçivəsində İtaliya prezidenti Sergio Mattarella və baş nazir Matteo Renzi ilə ikitərəfli görüşlər keçirəcək. Sonra Vatikanda katoliklərin ruhani lideri Papa Fransisk ilə görüşəcək. Daha sonra Parisdə Fransa prezidenti Fransua Ollandla bir araya gələcək.
Fransaya səfəri çərçivəsində Həsən Ruhani 6-lıq ölkələri ilə aparılan danışıqların tətbiq müddətinə dair görüşlər də keçirəcək.
Həsən Ruhani səfərindən əvvəl Fransa televiziyalarına verdiyi açıqlamada Airbus sərnişin təyyarəsi alınması ilə bağlı bəzi müqavilələrin imzalanacağını da söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr