Suriyada dinc insanların həlak olması davam edir

Suriyadakı vǝtǝndaş müharibəsi nəticəsində dinc insanların həlak olması davam edir.

414349
Suriyada dinc insanların həlak olması davam edir

Suriyadakı vǝtǝndaş müharibəsi nəticəsində dinc insanların həlak olması davam edir.
Sahil bölgəsindən atılan bir raket İdlib şəhrində tapılan və Rusiya hava hücumlarından qaçanların məskunlaşdığı Obin kəndindəki çadır düşərgəsinə düşüb.
Hadisə nəticəsində 6 nəfər ölüb, 12-si yaralanıb.
Bu arada, Suriyada müxalifət Hǝmanın şimalında 2 kəndlə yanaşı bir təpəyə nəzarəti ələ keçiriblər.
Digər tərəfdən Rusiyanın Suriyadakı hava hücumları davam edir.
Rusiya Müdafiə Nazirliyi döyüş təyyarələri ilə son 3 gündə 448 nöqtəni vurduqlarını açıqlayıb.
Vurulan 448 hədəf Dəməşq, Hələp, Lazkiye, Homs, Hǝma, Rakka və İdlibdǝ qeydə alınıb.
Fransanın Müdafiə Nazirliyi fransız döyüş təyyarələrinin Suriyada DEAŞ terror təşkilatına qarşı hava hücumları təşkil etdiyini bildirib.
Hava hücumlarında DEAŞ-ın nəzarətindəki benzin anbarını məhv ediblər.
Sentyabrda DEAŞ-a qarşı hava hücumlarına başlayan Fransa bir qədər əvvəl terror təşkilatının yalnız silahlı təlim düşərgələrini vururdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr