Rusiya Suriyaya hava hücumlarını artırıb

Paytaxt Dəməşq, Hələb və İdlib hücumlarında 40-dan çox adam həyatını itirib.

413796
Rusiya Suriyaya hava hücumlarını artırıb

  Rusiya təyyarələrinin bombardmanı zamanı ən çox can itkisi paytaxt Dəməşqdə olub.

  Müxalifətin idarəsindəki Duma bölgəsinin bazar yerinə edilən hava hücumunda 6-sı uşaq olmaqla 23 vətəndaş ölüb, onlarla adam yaralanıb. Hələbin müxalifət nəzarətindəki yaşayış yerlərinə olan hücumlarda aralarında qadın və uşaqların olduğu 10 adam ölüb, çox sayda insan yaralanıb. İdlibin cənubunun müxalifət nəzarətindəki bölgələrinə edilən hava hücumlarında isə 8 vətəndaş həyatını itirib.

  Rusiya təyyarələrinin bu hücumlarında çox sayda iş yeri, ev və maşınlar da zərərə uğrayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr