Bolqarıstanda "kəmərsıxma" təhlükəsizlik sektorunu da titrətdi

Hökumətin maaş və təqaüd təzminatlarına tətbiq etdiyi “kəmərsıxma” tədbirləri minlərlə təhlükəsizlik işçisini paytaxt Sofiyada hökumət əleyhinə nümayişə çıxarıb.

413747
Bolqarıstanda "kəmərsıxma" təhlükəsizlik sektorunu da titrətdi

  Nümayişçilər təqaüdə çıxarılarkən ödənilməsi nəzərdə tutulan 20 maaş qarşılığı təzminat haqqının ləğv edilməsinə əks reaksiya göstərib.

  Ölkənin dörd bir yanından avtobuslarla paytaxt Sofiyaya gələn polis, xilasedici, həbsxana gözətçini və təhlükəsizlik işçilərindən ibarət nümayişçilər parlament binasının qarşısında toplanıb.

  Xatırladaq ki, Bolqarıstanın Daxili İşlər naziri Rumyana Bıçvarova kütləvi ödəmələrin ləğvini nəzərdə tutan tənzimləmə ilə bağlı məlumat verib və bu da etirazlara səbəb olub.

  Mitinq nümayişçiləri, eyni zamanda, hökumətin istefasını tələb edib. Amma nümayiş hadisə törədilmədən başa çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr