Daha 82 immiqrant xilas edilib

Muğlanın Bodrum qǝsǝbǝsindǝ, sahil mühafizǝ qüvvǝlǝri Yunanıstanın Kos Adasına gedmǝyǝ cǝhd edǝn 82 immiqrantı xilas edib.

364557
Daha 82 immiqrant xilas edilib

Bodrum və Turqutrǝis sahillərində patrul gəzən Bodrum Sahil mühafizǝ qüvvǝlǝri, gecə radǝlǝrindǝ Əfqanıstan və Myanma vǝtǝndaşı 27 immiqrantı daşıyan üç üzmǝ vasitǝsinin Yunanıstan adasına hǝrǝkǝt etdiyini tǝsbit edǝrǝk hadisǝyǝ dǝrhal müdaxilǝ edib.
Su axıntısına mǝruz qaldıqları ǝsnada xilas edilǝn immiqrantlar, sahil mühafizǝ qüvvǝlǝrinǝ mǝxsus gǝmiyǝ evakoasiya edilǝrǝk Akyarlar tǝhlükǝsizlik qüvvǝlǝri komandirliyinǝ tǝslim edilib.
Gecə boyunca əməliyyatlarını davam etdirən sahil mühafizǝ qüvvǝlǝri , dalğa boyunun 3 metrə qədər çatdığı açıq dənizdə batmaq üzrǝ olan başqa bir gǝmidǝki 55 Suriyalı miqrantı da son anda xilas edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr