Əsəd birlikləri Türkmən kəndlərinə quru əməliyyatlar təşkil edib

Şiddətli döyüşlər zamanı türkmənlər 3 dəfə bölgəyə girmək istəyən rejim qüvvələrini geri oturdublar.

407573
Əsəd birlikləri Türkmən kəndlərinə quru əməliyyatlar təşkil edib

Suriyada Əsəd rejimi birlikləri səhər saatlarında Lazkiyə ərazilərində Bayır Bucaq Türkmən bölgəsində başladığı havadan dəstəklənən quru hərəkatı zamanı 2 nəfər ölüb, 20-si yaralanıb.
Yerli mənbələrin məlumatına görə rejim qüvvələri müxalifətin nəzarətindəki Qapaqlı kəndi yaxınlığındakı Türkmən kəndlərinə quru əməliyyatları həyata keçiriblər.
Şiddətli döyüşlər zamanı türkmənlər 3 dəfə bölgəyə girmək istəyən rejim qüvvələrini geri oturdublar.
Fasilərlə davam edən döyüşlər zamanı 25 rejim əsgəri dünyasını dəyişib.
Digər tərəfdən Rusiya ordusunun hava hücumlarına görə evlərini tərk edib İdlib ərazilərində pis vəziyyətdə olan çadırlarda yaşamaq uğrunda mübarizə aparan suriyalılar yardım gözləməkdədirlər.
Yaxınlaşmaqda olan qış və soyuq hava şəraiti vəziyyəti daha da pis olan qaçqınlar daldalanmaq üçün yaxşı çadırlara ehtiyacları olduqlarını bildirirlər.
Rusiyanın Suriyada həyata keçirdiyi hava hücumları xüsusi ilə Həmanın şimalından 80 minə yaxın insanın evlərini tərk edərək sərhəd bölgələrində, eləcə də İdlib ərazilərinə sığındığı qeyd olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr