8 milyon insan yardıma möhtacdır

İraqın qaçqın və miqrasiya naziri Dərbaz Məhəmməd ölkəsinin gərgin bir prosesdən keçdiyini bildrirərək 8 milyon insanın yardıma ehtiyacı olduğunu söyləyib.

361674
8 milyon insan  yardıma möhtacdır

Ötən həftə ABŞ, Avropa İttifaqı, Türkiyə və İraqın iştirakı ilə İstanbulda qaçqınların probleminin müzakirə olunduğu toplantıya qatılan Məhəmməd verdiyi müsahibədə deyib ki, İstanbuldakı tədbir qaçqınların problemlərini həll etmək üçün təşkil olundu. Çünki, İraqda təhlükəsizlik problemlərindən sonra ən böyük məsələ daxili miqrasiya böhranıdır.
Toplantıda iştirakçı ölkələrə İrqadakı məskunlaşma böhranı üçün yardım haqda çağırış edǝn Məhəmməd İraqda 8 milyon nəfərin köməyə ehtiyacı olduğunu, 1 milyon 300 min insanın isə evini tərk etmək məcbutiyyətində qaldığını bildirib. Bundan əlavə yüz minlərlə İraq vətəndaşı gündəlik qida tələbatını təmin edə bilmir, açlıq təhlükəsi ilə üz-üzə qalıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr