Yeni Mətbuat Qanununa etiraz və 24 saatlıq tətil

Yunanıstanda mətbuat işçiləri hökumət və kreditorların "Üçüncü Qurtarma Paketi"nə söykənərək hazırladığı Yeni Mətbuat Qanununa etiraz bildirərək bu gün 24 saatlıq tətil ediblər.

397731
Yeni Mətbuat Qanununa etiraz və 24 saatlıq tətil

  Yunanıstan Jurnalist Həmkarlar Şurasının (ESHEA) çağırışı ilə səhər saat 06.00-da başlanan tətil zamanı ölkənin radio və televiziya yayınları da fəaliyyətlərini dayandırıb.

  Xəbər agentliklərinin də qatıldığı tətil müddətində internet xəbər saytları səhifələri gecikdirərək yeniləyib, qəzet işçiləri isə bu gün çalışmadıqlarından sabah qəzetləri çıxmayacaq.

  Jurnalistlərin etiraza qalxma səbəbi müzakirə olunmaq üçün Parlament gündəminə gətirilən Yeni Mətbuat Qanununun məşğulluğu azaltması və söz azadlığını pozmasıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr