Putin: "Hava hücumları terrora qarşı uğurlu bir mübarizǝdir"

Rusiya prezidenti Vladimir Putin Suriyada sentyabrın 30-dan bǝridir davam edǝn hava hücumlarını “terrora qarşı uğurlu bir mübarizǝ” kimi dǝyǝrlǝndirib.

397773

Ölkǝsinin Şoçi şǝhǝrindǝ tǝşkil edilǝn toplantıda çıxış edǝn Putin ǝsgǝrlǝrilǝ qürur duyduğunu vurğulayaraq deyib ki, Vaşinqton bölgǝdǝ ikili oyun sǝrgilǝyir. Terrorçuları tǝmkinli olanlar vǝ olmayanlar kimi ikiyǝ ayırır, bu da terrorçulara vasitǝli olaraq dǝstǝk mǝnası daşıyır.
Rǝsmi Bağdad idarǝsinǝ dǝstǝk verdiklǝrini bildirǝn Putin İraqda hava ǝmǝliyyatı planlaşdırmadıqlarını deyib.
Vladimir Putin Suriyada ortaq ǝmǝliyyat üçün ABŞ-dan siqnal aldıqlarını da söylǝyib.
Putin Vaşinqton ilǝ hǝrbi koordinasiyanın başladığını vǝ kǝşfiyyat sahǝsindǝ dǝ Qǝrb ilǝ ǝmǝkdaşlığın yaxın olduğunu vurğulayıb.
Putin Suriya prezidenti Bǝşǝr Әsǝdin gǝlǝcǝyinǝ dair suala cavabǝn isǝ deyib ki, buna Suriya xalqı qǝrar verǝr.
Yığıncaqda Rusiya Bǝş Qǝrargah Rǝisliyi dǝ ǝmǝliyyatlar haqqında mǝlumat verib.
Rǝsmilǝr sentyabrın 30-da başlayan hava hücumlarında indiyǝdǝk 934 dǝfǝ havazǝrbǝsi endirildiyini vǝ 819 hǝdǝfin vurulduğunu açıqlayıblar.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr