Rusiya prezidenti Vladimir Putin Әsǝdlǝ görüşüb

Suriya prezidenti Bəşər Əsəd oktyabrın 20-də Rusiyaya səfər edərək prezident Vladimir Putinlə görüşüb.

356811
Rusiya prezidenti Vladimir Putin Әsǝdlǝ görüşüb

Rusiya prezidenti Vladimir Putin Әsǝdlǝ görüşüb
Suriya prezidenti Bəşər Əsəd oktyabrın 20-də Rusiyaya səfər edərək prezident Vladimir Putinlə görüşüb.
Putinin mətbuat katibi Dmitri Peskov məlumat yayaraq deyib ki, görüşdə Rusiyanın Suriyada hərbi əməliyyatlarının davam etdirilməsi məsələsi müzakirə olunub.
Peskov danışıqların həm dar, həm də geniş formatda aparıldığını söyləyib. Geniş formatda keçirilən görüşdə Rusiya hakimiyyətinin yüksək vəzifəli nümayəndələri iştirak edib.
Görüşde Әsǝdin rejim qüvvǝlǝrinin müxalifǝt qruplarına qarşı ǝmǝliyyatlarına dair Putinǝ mǝlumat verdiyi bildirilib.
İtar Tass agentliyinin mǝlumatına görǝ, Putin Әsǝdǝ Suriya mǝsǝlǝsinin hǝllinǝ hǝr sahǝdǝ dǝstǝk olmağa hazır olduğunu söylǝyib.
“Uzun müddǝtli bir hǝlli prosesi ancaq bütün siyasi qüvvǝlǝrin, etnik vǝ dini qrupların qatıldığı siyasi prosesin başlaması ilǝ mümkün ola bilǝr” –deyǝ vurğulayan Putin bildirib ki, Suriya ilǝ dostluq ǝlaqǝlǝrimiz davam edǝcǝkdir.
Rus lider ayrıca ölkǝsinin Suriyada hǝm siyasi, hǝm hǝrbi fǝaliyyǝtlǝrǝ dǝstǝk olacağını da söylǝyib.
Suriya xalqının bir neçǝ ildir bir başına DEAŞ terroru ilǝ mübarizǝ apardığını qeyd edǝn Putin görüşdǝ keçmiş Sovet İttifaqı ölkǝlǝrinin vǝtǝndaşlarının tǝşkilata qatılmasına dair narahatlığını dilǝ gǝtirib.
Әsǝd isǝ görüşdǝn sonra verdiyi açıqlamada bildirib ki, Rusiya rǝhbǝrliyi vǝ xalqına Suriyaya vǝrdiklǝri dǝstǝyǝ görǝ çox tǝşǝkkür edirǝm. Terroru mǝğlub edǝcǝk vǝ birlikdǝ ölkǝni iqtisadi vǝ siyasi baxımdan, ayrıca bütün vǝtǝndaşlarının sülh içǝrisindǝ yaşaya bilǝcǝyi şǝkildǝ dirçǝldǝcǝyik.
Qeyd edǝk ki, Putin vǝ Әsǝd Suriyada vǝtǝndaş müharibǝsinin başladığı 2011-ci ildǝn sonra ilk dǝfǝ bir araya gǝlib. Görüşün keçirildiyi tarix kritik bir zamana tǝsadüf etmişdir. Çünki son dövrdǝ Suriya böhranın başa çatdırılması üçün bǝzi senarilǝr üzǝrindǝ fǝaliyyǝtlǝr göstǝrilir.
Buna görǝ Suriyada gündǝlik hǝyatın adi axarında olması üçün 6 aylıq bir keçid dövrü nǝzǝrǝ alınır. Bu müddǝtdǝ Әsǝd hǝrbi vǝ siyasi sǝlahiyyǝtlǝrindǝn kǝnarda, vǝzifǝsini simvolik şǝkildǝ davam etdirǝcǝk.
ABŞ ilǝ qǝrbli ölkǝlǝr “Suriyada Әsǝdsiz keçid prosesi” planına sürǝt qazandıra bilmǝdikdǝ ortaya çıxan vǝ “Doqquzlar qrupu” kimi adlandırılan bu yeni tǝşǝbbüs hazırlanıb.
Fikir ABŞ rǝhbǝrliyi tǝrǝfindǝn Rusiyaya tǝqdim edildikdǝ, Xarici İşlǝr naziri Feridun Sinirlioğlu mǝsǝlǝ ilǝ bağlı rus rǝsmilǝrlǝ şǝxsǝn ǝlaqǝ saxlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr