İki ölkənin Səhiyyə nazirlərindən əhəmiyyətli qərar

Minada həyatını itirən 464 iranlı hacının cənazələri ölkələrinə veriləcək

385996
İki ölkənin Səhiyyə nazirlərindən əhəmiyyətli qərar

Səudiyyə Ərəbistanı, Mina dağında Qurban Bayramının birinci günü yaşanan faciədə həyatını itirən 464 iranlı hacının cənazələrini ölkələrinə verəcək. Ciddədə Səudiyyə Ərəbistanı Səhiyyə naziri Abdulaziz və iranlı həmkarı Haşimi bir araya gəlib.
İranlı nazir, Səudiyyə Ərəbistanının Minadaki faciədən sonrakı mövqeyindən danışaraq “Səudiyyə səlahiyyətliləri üzərinə düşəni etdi” deyə bildirib. İki nazir, Minada həyatını itirən 464 iranlı hacının cənazələrinin İrana göndərilməsi məsələsində razılıq əldə ediblər.
Qeyd edək ki, Müsəlmanların müqəddəs məkanı Məkkə yaxınlığındakı Minada həyatını itirənlər, Səudiyyə qanunlarına görə, ölkələrinə göndərilmir, “Harem-i Şerif” bölgəsində dəfn edilirlər.
Xatırladaq ki, Minadaki izdihamda, 800-ə yaxın hacı həyatını itirib, 900 nəfər isə yaralanmışdı.
İran isə həyatını itirənlərin 4 min 173 olduğunu iddia etmiş, lakin Səudiyyə Ərəbistanı bu iddianı təkzib etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr