Fransa Bəşər Əsəd haqqında istintaq başladıb

Fransa, Suriya Dövlət Başçısı Bəşər Əsəd haqqında, 2011-2013-ci illər arasında hərbi cinayətləri işlətməsi iddiasıyla ilkin istintaq başladıb.

348129
Fransa Bəşər Əsəd haqqında istintaq başladıb

Fransa Suriya prezidenti Bǝşǝr Әsǝd haqqında “hǝrbi cinayǝtlǝr” ilǝ bağlı istintaq başladıb.
Paris Prokurorluğu Әsǝd rejiminin 2011-2013-cü illǝr arasında işlǝdiyi hǝrb günahları haqqında ön istintaq başladıb.
Fransanın Xarici İşlǝr naziri Loran Fabyus Bǝşǝr Әsǝd haqqında istintaq başladıldığına dair xǝbǝri tǝsdiqlǝyib.
Nazir bildirib ki, insan vicdanını yaralayan bu günahlar, bu qorxu bürokratiyası vǝ bǝşǝri dǝyǝrlǝrin gözdǝn yayındırılması qarşısında bizim vǝzifǝmiz bu cinayǝtlǝrin cǝzasız qalmaması üçün addım atmaqdır.
Paris Prokurorluğunun başlatdığı istintaq Fransa Xarici İşlǝr Nazirliyinin Suriyada işlǝnǝn hǝrb günahlarına dair hesabatına ǝsaslandırılıb.
Hesabatda daha ǝvvǝl Suriyada hǝrbi polis ǝmǝkdaşı olaraq vǝzifǝdǝ olan “Sezar” kod adlı fotoqrafın çǝkdiyi işgǝncǝ ilǝ öldürülǝn 55 minǝ yaxın insanın şǝkili yer tutub.
Suriyada rejimǝ sadiq hǝrbi xǝstǝxanalara yerlǝşdirilǝn meyitlǝrin şǝkillǝrini çǝkmǝkdǝ vǝzifǝli vǝ adı açıqlanmayan hǝrbi polisin 2012 vǝ 2013-cü illǝrdǝ çǝkdiyi 55 minǝ yaxın şǝklin sistemli şǝkildǝ işgǝncǝ ilǝ öldürülǝn 11 min nǝfǝrǝ aid olduğu bildirilib.
Mütǝxǝssislǝr tǝrǝfindǝn doğru olduğu tǝsdiqlǝnǝn şǝkillǝr keçǝn il ilk dǝfǝ olaraq Anadolu agentliyi, CNN kanalı vǝ “Thǝ Guardian” qǝzeti tǝrǝfindǝn yayımlanmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr