Məscidi-Əqsada baş verən qarşıdurmada 16 nəfər yaralanıb

İsrail polisinin Məscidi-Əqsa külliyəsinə hücumundan sonra çıxan qarşıdurmada, fələstinli 16 gənc yaralanıb.

347675
Məscidi-Əqsada baş verən qarşıdurmada 16 nəfər yaralanıb

Səhər saatlarında Məscidi-i Əqsanın həyətinə girən və damına çıxan İsrail polisi, sərt reaksiya göstərən fələstinlilərə səs bombası və plastik güllələrlə hücum edib.
Hadisə zamanı Müsəlmanlar Əqsadan çıxarılıb, yəhudilərlə turistlər isə həyətdə saxlanılıb.
Fələstinli səlahiyyətlilər, 4 saat davam edən hücumdan sonra İsrail təhlükəsizlik qüvvələrinin Məscidi-Əqsanın həyətini tərk etdiklərini bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr