Fransa Suriyadakı DEAŞ-i vurdu

Yelisey Sarayından edilən açıqlamaya görə, iki həftədən çox davam edən kəşfiyyat əməliyyatları nəticəsində alınan məlumatlar qiymətləndirilərək, Fransa Suriyada ilk hava hücumları həyata keçirib.

354511
Fransa Suriyadakı DEAŞ-i vurdu

Açıqlamada “Ölkəmiz DEAŞ terror təhdidiylə mübarizədə qərarlıdır. Milli təhlükəsizliyimizə təhdid hiss etdiyimizdə hər bir vəziyyətdə hava hücumları təşkil edəcəyik” deyə qeyd olunur.
Qeyd edək ki, Fransa döyüş təyyarələri, Sentyabrın 8-dən bu zamana qədər Suriyadakı DEAŞ hədəfləri üzərində kəşfiyyat uçuşları həyata keçirir. Fransa, İraqdakı hava hücumlarına qatılsa da Suriyadakı
hava əməliyyatlarında iştirak etmirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr