ABŞ, Ərbilə 90 hǝrbçi göndǝrib

Terror təşkilatı DEAŞ-a qarşı davam edǝn əməliyyatlara qatılacaq 90 ABŞ əsgəri, Ərbilə 70 kilometr mǝsafǝdǝki, Mahmurdaki hərbi düşərgədǝ yerlǝşdirilib.

351992
ABŞ, Ərbilə 90 hǝrbçi göndǝrib

İraq Parlamentinin Müdafiə Komissiyası üzvü Naif Şemeri, Anadolu xǝbǝr agentliyinǝ verdiyi müsahibǝdǝ: “ABŞ əsgərləri Mosula yaxın bir yerdə yerlǝşib. Onların Mosul əməliyyatına qatılıb katılmayacakları, İraq hökuməti və Mosul vilayǝt Məclisinin qərarından asılıdır.
Daha əvvəl də koalisiya qüvvələri və ABŞ-a mǝnsub hərbi birlǝşmǝlǝrin, təyyarələrlə Mosulun Rabia nahiyəsinə endirildiyini ifadǝ edǝn Şemeri,
hǝrbçilǝrin İraq hökuməti, Kürdüstan bölgəsi və koalisiya qüvvələrinin tǝşkil etdiklǝri əməliyyat qüvvǝ tərəfindən istiqamətlǝndirilǝcǝyini, Mosul əməliyyatı üçün hazırlıqların davam etdiyini vurğulayıb.
ABŞ dövlǝt katibliyinin Müsteşar müavini Brett McGurk-ın rǝhbǝrliyindǝki hərbi heyət ilǝ İraq Kürd Regional Rəhbərliyinin Başçısı Məsud Bərzani və Baş nazir Neçirvan Bərzani arasında , ötǝn hǝftǝ Ərbildə danışıqlar aparılıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr