İran ilǝ Rusiya arasında yeni ǝmǝkdaşlıq

İran Suriya məsələsində Rusiya ilə bərabər hərəkət edəcək

350540
İran ilǝ Rusiya arasında yeni ǝmǝkdaşlıq

İran Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan, ölkəsinin, Suriya böhranının sona çatması mövzusunda Rusiya ilə birlikdə hazırladığı təklifi yaxın gələcəkdə tətbiq etməyi planlaşdırdıqlarını bildirib.

Abdullahiyan, telekanallardan birinə verdiyi açıqlamada “Bu təklif layihəsi ötən ay Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Suriyaya səfəri zamnı Bəşər Əsədə təqdim edilib. Əsəd, İranın konstruktiv təklifini məmnuniyyətlə qarşılayıb və məsələ ilə bağlı fikirlərini bildirib” deyə qeyd edib.
Suriya Xarici İşlər Nazirliyi nümayəndələrinin iştirakı ilə hazırlanan təklifin detallarının müzakirə olunacağını ifadə edən nazir müavini “Xalqın rolunun nəzərə alınması, Suriyadakı hadisələrin qarşısının alınması, terrorizmlə mübarizə, qaçqınlara yardım İran İslam Respublikasının Suriya böhranının həll təklifləri olaraq hesa edilə bilər” deyə bildirib.
Birləşmiş Millətlər Təşkilatının Suriya xüsusi nümayəndəsi ilə də bu məsələni müzakirə etdiklərini vurğulayan Abdullahiyan, “Suriyada atəşkəsə nail olmaq üçün regionda atəşkəs təmin edilməlidir” deyə bildirib. İran Xarici İşlər nazirinin müavini, Rusiyanın İraq və Suriyada “terrorçulara” qarşı döyüşməsini müsbət və konstruktiv bir səy olaraq qiymətləndirdiklərini də qeyd edib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr