ABŞ vǝ Rusiya arasında Suriya gǝrginliyi

Vaşinqton rǝhbǝrliyi Moskvanın Suriyada hava hǝrǝkat bazası qurmağı planlaşdırdığını irǝli sürüb.

349712
ABŞ vǝ Rusiya arasında Suriya gǝrginliyi

Vaşinqton rǝhbǝrliyi Moskvanın Suriyada hava hǝrǝkat bazası qurmağı planlaşdırdığını irǝli sürüb.
ABŞ Müdafiǝ Nazirliyi Pentaqonun sözçüsü Rusiyanın Lazkiyǝ şǝhǝrindǝ yerlǝşǝn hava limanı ǝtrafına hǝrbi ekipajlar göndǝrdiyini bildirib.
Pentaqon Moskvanın bölgǝdǝ hava hǝrǝkat bazası qurmaq niyyǝtindǝ olduğunu fikirlǝşdiklǝrini qeyd edib.
Sözçü Cef Devis bildirib ki, ölkǝm Rusiyanın bölgǝdǝki hǝrbi fǝallığını yaxından tǝqib edir. Rusiyanın Әsǝd rejiminǝ dǝstǝk vermǝkdǝ davam etmǝsi bölgǝdǝki sabitsizliyi daha da artıracaqdır.
Digǝr tǝrǝfdǝn Rusiya xarici işlǝr naziri Sergey Lavrov rus tǝlǝkanalı 1-ci Kanala verdiyi açıqlamada ABŞ-ın DEAŞ-ı vurmadığını irǝli sürüb.
Lavrov koalisiya qüvvǝlǝrinin DEAŞ-ın hǝdǝflǝrini bilmǝlǝrinǝ baxmayaraq ABŞ-ın onları bombalamağa icazǝ vermǝdiyini dǝ iddia edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr