Misirdǝ turistlǝri daşıyan avtomobil bombalanıb

Hadisə nəticəsində 12 nəfər həyatını ititrib, 10-u yaralanıb.

349254
Misirdǝ turistlǝri daşıyan avtomobil bombalanıb

Misir ordusu, ölkənin cənub-qərbində keçirdiyi əməliyyatlarda səhvən bir turist avtomobilini vurub. Aralarında Meksikalı turistlərin də olduğu qrupda 12 nəfər həyatını ititrib, 10-u yaralanıb. Səhra avtomobilinin gəzinti üçün Turizm Nazirliyindən icazə almadığı və terrorçuların avtomobili ilə səhv salındığı bildirilir. Meksika Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar istintaq başladılmasını tələb edib. Bu arada Sina yarımadasındakı Şeyx Zuveyd qəsəbəsində silahlıların bir evə açdığı atəş nəticəsində 1 nəfər həyatını itirib, 1-i yaralanıb. Qəsəbədə bir əraziyə yerləşdirilən minanın partlaması nəticəsində isə 3 uşaq yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr