İngiltǝrǝ vǝ Fransa hava ǝmǝliyyatlarının ǝhatǝ dairǝsini genişl

İngiltǝrǝ vǝ Fransa terror tǝşkilatı DEAŞ-a yönǝldilmiş hava ǝmǝliyyatlarının ǝhatǝ dairǝsini genişlǝndirir.

343323
İngiltǝrǝ vǝ Fransa hava ǝmǝliyyatlarının ǝhatǝ dairǝsini genişl

İngiltǝrǝ vǝ Fransa terror tǝşkilatı DEAŞ-a yönǝldilmiş hava ǝmǝliyyatlarının ǝhatǝ dairǝsini genişlǝndirir.
İki ölkǝnin DEAŞ-a qarşı ǝmǝliyyatları İraqdan sonra Suriyanı da ǝhatǝ edǝcǝk.
İngiltǝrǝ hava qüvvǝlǝrinin Suriyada pilotsuz tǝyyarǝ ilǝ hǝyata keçirdiyi hava hücumunda ikisi İngiltǝrǝ vǝtǝndaşı 3 DEAŞ üzvü öldürülüb.
Hava hücumunun terrorçulardan birinin İngiltǝrǝdǝ terror aktı törǝdǝcǝyinǝ dair mǝxfi mǝlumat ǝldǝ edilmǝsi nǝticǝsindǝ hǝyata keçirildiyi açıqlanıb.
Digǝr tǝrǝfdǝn Almaniyanın kǝşfiyyat tǝşkilatı BND DEAŞ-ın kimyǝvi qazdan istifadǝ etdiyini bildirib.
BND rǝsmilǝri tǝşkilatın hücumlarında yaralanan qaçqınlardan götürülǝn qan nümunǝlǝrindǝ iprit qazının aşkarlandığını açıqlayıblar.
Sǝrhǝd Tanımayan Hǝkimlǝr Tǝşkilatı da keçǝn ay DEAŞ-ın kimyǝvi qazdan istifadǝ etdiyini bildirmişdi.

Misir ordusu da terror tǝşkilatı DEAŞ-a bağlı Sina vilayǝti tǝşkilatına qarşı ǝmǝliyyat hǝyata keçirib. Sina yarım adasının şimalında 29 terrorçu öldürülüb.

Şeyx Zuveyd, Rifah vǝ Arişdǝki terror düşǝrgǝlǝrini hǝdǝfǝ alan ǝmǝliyyatlarda Misir ordusundan da iki ǝsgǝr ölüb, dörd ǝsgǝr isǝ yaralanıb.
Bu arada terror tǝşkilatı DEAŞ Liviyadakı irǝlilǝyişini davam etdirir. Tǝşkilat Liviyanın Benqazi şǝhǝrindǝ Tobruk hökumǝtinǝ sadiq qüvvǝlǝrǝ hücum edib. Hücum nǝticǝsindǝ 3 ǝsgǝr ölüb. 4-ü isǝ yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr