Bel mǝbǝdinin çox dǝyǝrli tarixi ǝsǝrlǝrlǝ birlikdǝ daha bir his

Terror tǝşkilatı DEAŞ Suriyada 2 min illik daha bir mǝbǝdi bombalayıb.

372578
Bel mǝbǝdinin çox dǝyǝrli tarixi ǝsǝrlǝrlǝ birlikdǝ daha bir his

Terror tǝşkilatı DEAŞ Suriyada 2 min illik daha bir mǝbǝdi bombalayıb.
Tarixi şǝhǝr Palmirada yerlǝşǝn Bel mǝbǝdinin çox dǝyǝrli tarixi ǝsǝrlǝrlǝ birlikdǝ daha bir hissǝsinin mǝhv olduğu bildirilib.
Suriyalı sǝlahiyyǝtlilǝr mǝbǝdin ǝtrafında güclü partlayış olduğunu tǝsdiqlǝyib, lakin müdǝqqǝs yerlǝrin zǝrǝr görmǝdiyini bildiriblǝr.
Orta Şǝrqdǝki ǝn qǝdim dini mǝkanlardan olan Bel mǝbǝdi Roma imperiyası dövründǝ 32-ci ildǝ tikilib.
DEAŞ bir hǝftǝ öncǝ Palmiradakı tarixi Baalşamin mǝbǝdini bombalamış, daha ǝvvǝl dǝ Mar Elian monasdırını buldozerlǝ yıxmışdı.
“Sǝhra gǝlini” adıyla tanınmış vǝ hǝr il 150 mindǝn çox turistin ziyarǝt etdiyi Palmira YUNESKO tǝrǝfindǝn 1980-ci ildǝ Dünya Mǝdǝniyyǝt İrsi siyahısına daxil edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr